In English
EU EU4ENVIRONMENT
EU4Environment Action - Azərbaycanda Resurs Səmərəli və Daha Təmiz İstehsal (RECP)
“EU4Environment” altı Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinə: Ermənistan, Azərbaycan, Belarusiya, Gürcüstan, Moldova Respublikası və Ukraynaya təbii kapitallarını qoruyub saxlamağa və ətraf mühitlə bağlı tədbirləri dəstəkləməklə insanların ekoloji rifahını artırmağa kömək edir, habelə daha yaşıl inkişaf üçün imkanların yaradılması və ekoloji risklərin və təsirlərin daha yaxşı idarə edilməsi üçün mexanizmlərin yaradılmasında dəstək göstərir.

Faydaları

Resurslardan səmərəli və daha təmiz istehsalın faydaları

RSDTİ tətbiq edən şirkətlər "daha az resursla daha çox iş görür"; materiallardan və enerjidən istifadə səmərəliliyini yaxşılaşdırmaqla onların məhsuldarlığını və buna görə də rəqabət qabiliyyətini artırır. Bundan əlavə, müəssisələr daha yüksək səmərəlilik sayəsində istehsal prosesində çirklənmə və tullantıların miqdarını azaldır (karbon emissiyaları da daxil olmaqla ətraf mühitə təsirləri azaldır). Tullantılar və emissiyalar azaldıqca, təhlükəli maddələr aradan qaldırıldıqca sənaye əməliyyatlarının işçilər, icmalar və istehlakçılar üçün riskləri də azalır. Bir sözlə, RSDTİ metodlarını, təcrübələrini və texnologiyalarını tətbiq edən müəssisələr və digər təşkilatlar üçqat fayda əldə edirlər:

  1. Təbii sərvətlərdən (həmçinin su, enerji və materiallardan) istifadə səmərəliliyinin artırılması;
  2. Tullantıların və emissiyaların (həmçinin suya, havaya və ya quruya axıdılan və ya boşaldılan tullantı və emissiyaların) yaranmasının qarşısını almaqla ətraf mühitə və təbiətə təsirlərini minimuma endirmək;
  3. Kimyəvi maddələrdən istifadə zamanı insanlar və icmalar üçün risklərin minimuma endirilməsi və sənayedə istifadə olunan kimyəvi maddələrin təhlükəsiz şəkildə boşaldılması.

Bu cür faydalar indi dünyanın müxtəlif ölçü və sektorlara aid minlərlə şirkəti tərəfindən nümayiş etdirilir. Məsələn, milli ekspertlər, nümayiş şirkətlərinin idarəetmə və texniki işçilərindən ibarət RSDTİ qiymətləndirmə qrupları Azərbaycanda şirkətlərin material və enerjidən istifadə səmərəliliyini, ətraf mühitin mühafizəsi və iqtisadi göstəricilərini yaxşılaşdırmaq üçün nəzərəçarpan potensial müəyyən etmişlər. Bütün nümayiş şirkətlərində RSDTİ tədbirləri üçün geri ödəmə müddəti orta hesabla bir ildən azdır. Bundan əlavə, RSDTİ metodologiyasını tətbiq edən şirkətlər ətraf mühitə uyğunluğun yaxşılaşdırılmasından, ətraf mühitin imicinin yaxşılaşdırılmasından, müştəriləri və maraqlı tərəfləri ilə əlaqələrin yaxşılaşmasından faydalanacaqlar.