In English
EU EU4ENVIRONMENT
EU4Environment Action - Azərbaycanda Resurs Səmərəli və Daha Təmiz İstehsal (RECP)
“EU4Environment” altı Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinə: Ermənistan, Azərbaycan, Belarusiya, Gürcüstan, Moldova Respublikası və Ukraynaya təbii kapitallarını qoruyub saxlamağa və ətraf mühitlə bağlı tədbirləri dəstəkləməklə insanların ekoloji rifahını artırmağa kömək edir, habelə daha yaşıl inkişaf üçün imkanların yaradılması və ekoloji risklərin və təsirlərin daha yaxşı idarə edilməsi üçün mexanizmlərin yaradılmasında dəstək göstərir.

RSDTİ Klubları

RSDTİ Klubları müəssisələr, xüsusən də kiçik və orta biznes (KOB-lar) üçün minimal xərclərlə dəstək modelini hazırlamağa və sınaqdan keçirməyə çalışırlar. Bu model seçilmiş şəhərlərdə ilkin sınaq başa çatdıqdan sonra modelin davamlı olaraq daha çox bölgəyə və nəticədə bütün ölkədə təqdim edilə biləcəyi baxımından miqyası arta və təkrarlana bilən olmalıdır.

Hər Kluba RSDTİ metodologiyası üzrə praktiki dəstək verdiyi 8-10 kiçik müəssisə daxildir. RSDTİ Klub proqramı başa çatdıqdan sonra hər bir üzv müəssisə effektiv RSDTİ planı hazırlamış və onun icrasına başlamış olacaqdır. Fəaliyyət planı tematik əsasda hazırlanaraq həyata keçirilir.

Hər mövzu/modul 2-3 saatlıq seminar zamanı təqdim olunur və bu seminar üzv müəssisələrə əldə edilmiş bilikləri praktiki olaraq tətbiq etmək üçün təlimatla başa çatır. Seminardan sonra müəssisələr öz təcrübələri haqqında hesabat verirlər (bu həmçinin kollektiv öyrənmənin təşviq edir) və növbəti mövzu ilə tanış olurlar. Ümumilikdə, 6 modul təxminən 4 ay ərzində təxminən 3 həftəlik fasilələrlə çatdırılır.

Altı modul aşağıdakı sıraya uyğun olaraq tematik sahələrdə təşkil edilmişdir:

  1. Biznes Profili: resurslardan istifadənin və ətraf mühitə təsirlərin müəyyən edilməsinə xüsusi diqqət yetirən müəssisələrin profilinin hazırlanması və onların həm fiziki vahidlərdə (ton, kVt/saat və s.), həm də pul dəyərində (giriş xərcləri və qeyri-məhsul istehsalı xərcləri) qiymətləndirilməsi. ;
  2. Enerji: şirkət səviyyəsində enerji istifadəsini başa düşmək və proseslər, kommunal sistemlər və binaların idarə edilməsi üçün enerji səmərəliliyi variantlarının işlənib hazırlanması;
  3. Materiallar və Tullantılar: müəssisələrdə və onlarla əlaqəli tullantı axınlarında əsas material axınlarını nəzərdən keçirtmək və materialın səmərəliliyi və tullantıların azaldılması variantlarını inkişaf etdirmək;
  4. Su və Tullantı Suları: müəssisələrdə və onlarla əlaqəli tullantı su axınlarında əsas su axınlarını nəzərdən keçirtmək və suyun səmərəliliyi və tullantı sularının azaldılması variantlarının işlənib hazırlanması;
  5. Kimyəvi maddələr, təhlükələr və emissiyalar: kimyəvi maddələrdən istifadəni və onlarla əlaqəli təhlükələri və emissiyaları nəzərdən keçirtmək və sağlam və məsuliyyətli kimyəvi maddələrdən istifadə variantlarını hazırlamaq;
  6. Fəaliyyətin Planlaşdırılması: müxtəlif mövzulardan variantların müəssisələr üçün inteqrasiya olunmuş yanaşmada bir araya gətirilməsi; qısa, orta və uzunmüddətli məqsədləri və tədbirləri təqdim etmək

2-5 modul müəssisələrin texniki proseslərinin əsasını təşkil edir, modul 1 və 6 isə giriş və əsas hissəni əhatə edir və idarəetmə və informasiya sistemlərinə yönəlib.

Bu proses boyu RSDTİ Klublarının Fasilitatoru Klub üzvlərinə yerində rəhbərlik və təlimlər verir. Fasilitator RSDTİ tədbirlərinin identifikasiyası və qiymətləndirilməsini dəstəkləmək üçün qısa baxış, toplanmış məlumatların nəzərdən keçirilməsi, mənbə və səbəb təhlili üçün seçilmiş şirkətlərə 3-4 texniki səfər edir. E-poçt və telefon danışıqları vasitəsilə layihənin icrası zamanı şirkətləri dəstəkləmək və onlara rəhbərlik etmək üçün əlaqə saxlanılır. Ətraf mühitin mühafizəsi üzrə fəaliyyət planı hesabatından ibarət xülasə RSDTİ Klub üzvü olan şirkətlərin hər biri tərəfindən tədricən hazırlanır.

Fəaliyyət planı başa çatdıqdan sonra “ev sahibi” təşkilat (bələdiyyə və ya digər regional və ya yerli hakimiyyət) UNİDO ilə birlikdə müəssisələr ətraf mühitin mühafizəsi təşəbbüslərini təkmilləşdirməyə davam edərsə, hər il yenilənə bilən bitirmə sertifikatı onlara təqdim edir.

İştirakçı KOB-lara təsirinin qiymətləndirilməsi nəticələrin təkrarlanması baxımından vacibdir və aşağıdakıları əhatə edir:

  • Ekoloji və iqtisadi nailiyyətlərin sənədləşdirilməsi məqsədilə seçilmiş şirkətlərə əlavə səfərlərin həyata keçirilməsi (üç və altı aylıq fasilələrlə);
  • İştirakçı şirkətlərin yeni mövzulara (qanunvericilik, maliyyələşdirmə) yönəlmiş əlavə seminarlara cəlb edilməsi;
  • Şirkətlərin əməkdaşlığının asanlaşdırılması (məlumat mübadiləsi, uğurlu marketinq, işgüzar əməkdaşlıq);
  • Təşviq və təbliğat fəaliyyətlərində istifadə olunacaq uğur hekayələrinin hazırlanması.

Azərbaycanda RSDTİ Klubları

Azərbaycanda RSDTİ metodologiyasının geniş yayılmasını təşviq etmək üçün yerli özünüidarəetmə və icra hakimiyyəti orqanlarının dəstəyi ilə Yevlax, Gəncə, Xaçmaz və Sumqayıt şəhərində dörd RSDTİ Klubu yaradılmışdır. Hər bir klubda ümumilikdə 6 modul təqdim olunan 8-10 kiçik və orta müəssisə (KOBİ) iştirak edib. Pilot bölgələrdə RSDTİ Klubu tamamlandıqdan sonra seçilmiş müəssisələr RSDTİ Fəaliyyət Planını hazırlayıb həyata keçirməyə başladılar.

Pilot bölgələrdə RSDTİ Klublarının tamamlanması ilə UNIDO tərəfindən dəstəklənən RSDTİ Nümayiş Layihəsi komponentinin sonunda əldə edilən nəticələr, təcrübələr və mənimsənilən dərslər ümumiləşdirilərək ölkədə daha geniş tətbiq olunmaq məqsədilə milli hökumətə təhvil veriləcək son resurs paketinə daxil ediləcəkdir.